Dieqo Maradona vəfat edib

Dieqo Maradona vəfat edib
  • Clock-gray 20:38
  • calendar-gray 25 Noyabr 2020

Futbol əfsanəsi Dieqo Maradona vəfat edib.

Apasport.az saytının məlumatına görə, Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi 60 yaşında dünyasını dəyişib.

Cənubi amerikalının ölümünə ürək dayanması səbəb olub. 

Maradona futbolçu karyerası ərzində əsasən “Barselona” (1982-84) və “Napoli”də (1984-91) oynaması ilə tanınıb. Argentina millisinin kapitanı olan əfsanə 1986-cı dünya çempionu, 4 il sonra vitse-çempionu adına yiyələnib. Neapol klubu ilə iki dəfə İtaliya çempionu adını qazanan Maradona narkotiklə bağlı qalmaqallar, həmçinin DÇ-1986-nın 1/4 finalında İngiltərəyə əllə vurduğu qolla da diqqət mərkəzində olub.

Qeyd edək ki, karyerasını 1997-ci ildə “Boka Xuniors”da başa vuran Maradona “Tekstil Mandiyu”, “Rasinq”, Argentina millisi, “Əl-Vəsl”, “Əl-Fuceyra”, “Dorados” və “Ximnasiya və Esqrima” klublarını çalışdırıb.

ApaSport

Digər xəbərlər