Draqan Stoykoviç: “Azərbaycana gedidönüş üçün şans yaratmışdıq”

Draqan Stoykoviç: “Azərbaycana gedidönüş üçün şans yaratmışdıq”
# 30 mart 2021 22:49 (UTC +04:00)

“Çətin oyun olacağını gözləyirdik”.

Apasport.az saytının məlumatına görə, bunu Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə keçirilən oyundan sonra deyib.

56 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda baş tutan və 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra mətbuat konfransında komandasının çıxışını bu cür dəyərləndirib: “Onların problem yaradacağını vurğulamışdım. Əks-hücumdan bizi cəzalandıra bilərdilər. Hesab 1:1 olduqdan sonra işimiz çətinləşdi. Ancaq meydandan 3 xalla ayrılmağı bacardıq”.

- Əli Qurbani ilk hissədəki epizodu qola çevirsəydi, vəziyyət sizin üçün daha çətin olmazdı?
- Müdafiəçilərimizdən bu səhvi gözləmirdik. Oyunu qol buraxmadan bitirmək istəyirdik. Amma orada az səhvlərimiz oldu. Həmin epizoddan sonra çox əsəbi idim. Çünki rəqibə gedidönüş üçün şans yaratmışdıq. Amma vəziyyəti düzəldə bildik.

- Son oyunların qəhrəmanı olan Aleksandar Mitroviçə Serbiyaya qayıtdıqda “biznes klass”da yer tapılacaq?
- O, hətta şəxsi təyyarəyə də layiqdir. Amma bunun üçün pulumuz yoxdur. Mitroviç təkcə bu gün yox, seçmə mərhələnin əvvəlindən keyfiyyətini ortaya qoyur.

- Bakıda ilk dəfədir olursunuz?
- Ailəmlə bura turist kimi yenidən gəlmək fikrim var. Bakı çox gözəl, böyük şəhərdir. Sonuncu dəfə 2003-cü ildə burada olmuşam. Amma o dönəmdəki şəhərdən əsər-əlamət qalmayıb. Yenidən Bakıya gələcəyəm.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR