“Fənərbaxça” niderlandlı hücumçunu icarəyə götürür

“Fənərbaxça” niderlandlı hücumçunu icarəyə götürür
# 01 avqust 2020 12:59 (UTC +04:00)

Türkiyənin “Fənərbaxça” klubu mövsümlərarası fasilədə transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, İstanbul klubu niderlandlı Bas Dostun keçidi üçün danışıqlara başlayacaq.

Super Liqa klubu hücumçunu çıxış etdiyi Almaniya “Ayntraxt”dan icarəyə götürməyi planlaşdırır. Bombardirlik keyfiyyətləri ilə seçilən 31 yaşlı forvard “Fənərbaxça”nın ön xəttini gücləndirməlidir.

Qeyd edək ki, Portuqaliya “Sportinq”indən 7 milyon avroya transfer olunan Dost “Ayntraxt”dakı 29 matçda 10 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR