Fransa çempionatının dayandırılması aprelin 30-da elan olunacaq

Fransa çempionatının dayandırılması aprelin 30-da elan olunacaq
  • Clock-gray 00:00
  • calendar-gray 29 Aprel 2020

Fransa Futbol Federasiyası Liqa1 və Liqa2-də koronavirus pandemiyası üzündən dayandırılan mövsümün bərpa olunmayacağını təsdiqləyib.

Apasport.az saytının məlumatına görə, federasiya ölkənin baş naziri Eduar Filippin bəyanatını nəzərə alaraq bu addımı atıb.

Federasiya Peşəkar Futbol Liqasına (LFP) təklif edib ki, mövsümə mümkün qədər tez yekun vursun və növbəti mövsümlə bağlı layihə hazırlasın. Liqa1 və Liqa2 ilə yanaşı, qadınlar arasında Fransa çempionatı da yarımçıq başa çatıb.

LFP də öz növbəsində bəyanat yayaraq çempionatın dayandırıldığını rəsmən aprelin 30-da açıqlayacağını bildirib. Direktorlar Şurasının İcraiyyə Komitəsi həmin gün bir araya gələrək bu addımın idman və iqtisadi tərəflərini müzakirə edəcək.

ApaSport

Digər xəbərlər

Arxiv

date