İtaliya A seriyasında koronavirus səbəbindən növbəti tur təxirə salına bilər

İtaliya A seriyasında koronavirus səbəbindən növbəti tur təxirə salına bilər
# 24 fevral 2020 11:20 (UTC +04:00)

İtaliya A seriyasında növbəti – XXVI turun oyunları təxirə salına bilər.

Apasport.az saytının məlumatına görə, bunu İtaliya Nazirlər Şurasının sədri Cüzeppe Konte deyib.

O, ölkədə yayılan koronavirusla bağlı bir çox idman tədbirlərinin dayandırılacağını istisna etməyib: “Cəmi bir həftə ərzində virusun yayılmasının tam qarşısını alacağımızı və idman tədbirlərini bərpa edəcəyimizi düşünmürəm. Vəziyyəti daim izləyir, nəzarətdə saxlayırıq. Bu xəstəliyin inkişaf prosesini izləyəcəyik və gələn həftə bütün matçların təxirə salınması ehtimalını qiymətləndirəcəyik”.

Qeyd edək ki, təqvimə görə, A seriyasında növbəti turun oyunları 29 fevral – 2 mart tarixləri aralığında baş tutmalıdır. XXV turun dünən keçirilməli olan "Atalanta" - "Sassuolo", "Torino" - "Parma", "Verona" - "Kalyari" və "İnter" - "Sampdoriya" qarşılaşmaları məhz koronavirusun yayılma təhlükəsinə görə təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR