Kriştiano Ronaldo Devid Bekhemin klubuna keçə bilər

Kriştiano Ronaldo Devid Bekhemin klubuna keçə bilər
# 11 mart 2021 12:25 (UTC +04:00)

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldonu heyətində görmək istəyən komandalardan biri məlum olub.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisinin yayda satmaq niyyətinə düşdüyü portuqaliyalı hücumçu karyerasını ABŞ-da davam etdirə bilər.

MLS təmsilçisi “İnter Mayami” yayda forvardı heyətinə qatmaq fikrindədir. Əfsanəvi futbolçu Devid Bekhemin sahibi olduğu klub artıq Ronaldo ilə bağlı təmasa keçib.

36 yaşlı futbolçunun müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Onun ildə 31 milyon avro qazanması “Yuventus”un da satışda maraqlı olmasına əsas verir.

Qeyd edək ki, Ronaldo cari mövsüm 32 oyunda 27 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR