“Liverpul” Məhəmməd Salahı satmayacaq

“Liverpul” Məhəmməd Salahı satmayacaq
  • Clock-gray 12:53
  • calendar-gray 22 Dekabr 2020

İngiltərənin “Liverpul” klubu futbolçusu Məhəmməd Salahı satmayacaq.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi 2021-ci ildə klubunu dəyişəcəyi iddia olunan misirli hücumçunun heyətində saxlayacaq.

Baş məşqçi Yurgen Kloppla problemi olmayan forvard da, ailəsi də Liverpulda qalmağa razıdır. Mersisaydlılar da komandanın aparıcı üzvü ilə vidalaşmağa tələsmir.

Qeyd edək ki, müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Salahın transfer qiyməti 120 milyon avro ilə dəyərləndirilir.

ApaSport

Digər xəbərlər