"Liverpul"un müdafiəçisi mövsümü başa vurub

"Liverpul"un müdafiəçisi mövsümü başa vurub
# 01 iyul 2020 00:14 (UTC +04:00)

"Liverpul"un müdafiəçisi Joel Matip sıradan çıxıb.

Apasport.az saytının məlumatına görə, kamerunlu futbolçu mövsümün qalan matçlarında iştirak edə bilməyəcək.

O, Premyer Liqanın XXX turunda "Everton"la (0:0) qarşılaşmada zədələnib. Həmin görüşün 73-cü dəqiqəsində əvəzlənən Matipin nə zaman sağalacağı açıqlanmasa da, 29 yaşlı mərkəz müdafiəçisinin mövsümü başa vurduğu dəqiqdir.

Qeyd edək ki, Joel Matip cari mövsüm 13 oyunda iştirak edib, 2 qola imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR