"Neftçi"nin hücumçusu Kipr klubu ilə danışıq apardığını açıqlayıb

"Neftçi"nin hücumçusu Kipr klubu ilə danışıq apardığını açıqlayıb
  • Clock-gray 10:15
  • calendar-gray 30 May 2020

"Apollon"la danışıq aparıram. Kipr təmsilçisi əla komandadır".

Apasport.az saytının məlumatına görə, bunu "Neftçi"nin hücumçusu Baqali Dabo deyib.

Fransalı forvard Kipr mətbuatına açıqlamasında limasollularla hələ müqavilə bağlamadığını söyləyib: "Azərbaycan çempionatının davam edib-etməyəcəyi ilə bağlı qərarı gözləyirəm. Amma "Apollon"a transfer olunmağa çox yaxınam. Bu cür klubun maraq dairəsinə düşdüyüm üçün çox xoşbəxtəm. Ancaq istənilən halda, çempionatın bitməsini və keçidin tamamlanmasını gözləmək lazımdır".

Qeyd edək ki, Baqali Dabonun "Neftçi" ilə müqavilə müddəti iyunun 1-nə qədərdir.

ApaSport

Digər xəbərlər