"Qarabağ"ın “Vilyarreal”la oyunu baş tutmayacaq

"Qarabağ"ın “Vilyarreal”la oyunu baş tutmayacaq
# 08 dekabr 2020 19:18 (UTC +04:00)

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində qarşılaşacağı "Vilyarreal"la oyunöncəsi növbəti dəfə koronavirus testindən keçib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, daha iki futbolçuda - Şahruddin Məhəmmədəliyev və Xayme Romeroda testin nəticəsi pozitiv olub.

Ötən həftə koronavirusa yoluxan 7 oyunçu Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov, Mahir Emreli, Abbas Hüseynov və Kevin Medinada da nəticə eyni olub. Bədavi Hüseynov və Patrik Andrade isə zədə səbəbindən növbəti oyunu buraxmalı olacaq. Son testləri neqativ çıxan Maksim Medvedev və Musa Qurbanlı da həkim məsləhəti ilə tam məşqləri bərpa etməyib.

Beləliklə, UEFA-ya təqdim olunan A və B iştirak ərizəsində yer alan 23 futbolçudan 13-ü (hər iki qapıçı) "Vilyarreal"la oyunda iştirak edə bilməyəcək.

Bu səbəbdən Azərbaycan çempionunun "Vilyarreal"la dekabrın 10-da keçirilməsi nəzərdə tutulan matçı baş tutmayacaq. Qarşılaşma haqda qərar UEFA tərəfindən veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR