“Real Sosyedad” – “Mançester Yunayted” oyununun yeri dəyişdirilib

“Real Sosyedad” – “Mançester Yunayted” oyununun yeri dəyişdirilib
# 09 fevral 2021 22:19 (UTC +04:00)

Avrokubokların daha bir oyununun yeri dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, Avropa Liqasının 1/16 final mərhələsinin “Real Sosyedad” – “Mançester Yunayted” qarşılaşması İtaliyada təşkil olunacaq.

Fevralın 18-dəki ilk görüş Turində baş tutacaq. Oyunun İspaniyada keçirilməməsinə koronavirus pandemiyasının Britaniya ştammı səbəb olub. Bu ölkəyə yeni virusla bağlı məhdudiyyətlər qoyulduğundan İngiltərə klubu Pireney təmsilçisinə buraxılmır.

Qeyd edək ki, cavab oyunu fevralın 25-də Mançesterdə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR