“Sabah” “Anji”nin yetirməsi ilə müqavilə imzalayıb

“Sabah” “Anji”nin yetirməsi ilə müqavilə imzalayıb
# 17 iyul 2020 16:39 (UTC +04:00)

Transfer çalışmalarını davam etdirən "Sabah" daha bir futbolçunu heyətinə cəlb edib.

Apasport.az saytının məlumatına görə, Bakı klubu növbəti transferini təqdim edib.

Paytaxt təmsilçisi 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Camal Cəfərovla 5 illik müqavilə bağlanıb. "Anji" futbol akademiyasının yetirməsi olan 18 yaşlı oyunçu son mövsümü bu klubun əvəzedici komandasında keçirib.

Qeyd edək ki, "Sabah" yay fasiləsində buna qədər Amin Seydiyev, Samir Məhərrəmli, İdris İnqilablı, Slavik Alxasov, Nicat Mehbalıyev və Aleksey İsayevi transfer edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR