Almaniyanın “Şalke” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu vəzifəyə Manuel Blum təyin olunub.
“Auqsburq”un sabiq baş məşqçisi kimi tanınan mütəxəssisin son iş yeri Almaniyanın U-18 yığması olub. 41 yaşlı çalışdırıcı ilə 2022-ci il iyunun 30-dək müqavilə imzalanıb.
Qeyd edək ki, 18 oyundur qələbə qazana bilməyən Bundesliqa təmsilçisi mövsümün ikinci tutundan sonra əvvəlki baş məşqçisi David Vaqneri istefaya göndərib.
