"Sumqayıt" kapitanı ilə müqaviləni yeniləyib

"Sumqayıt" kapitanı ilə müqaviləni yeniləyib
# 15 iyul 2020 12:34 (UTC +04:00)

"Sumqayıt"da daha bir futbolçunun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, kapitan Vurğun Hüseynov karyerasını "gənclik şəhəri" təmsilçisində davam etdirəcək.

32 yaşlı mərkəz müdafiəçisi rəhbərliklə görüşərək sözləşməsini yeniləyib. Azərbaycan millisinin sabiq üzvü başa çatan müqavilə müddətini daha 1 il uzadıb. O, Mehdi Cənnətov və Elvin Bədəlovdan sonra yeni anlaşmaya qol çəkən 3-cü oyunçu olub. Həmçinin baş məşqçi Ayxan Abbasov da postunda saxlanılıb.

Qeyd edək ki, "Sumqayıt" hələlik Şəhriyar Əliyev, Aleksey İsayev, Peyman Babayi, Mehdi Şərifi və Sərtan Taşkınla yollarını ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR