“Tottenhem”in futbolçuları parkda məşq edib

“Tottenhem”in futbolçuları parkda məşq edib
# 08 aprel 2020 12:05 (UTC +04:00)

İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Joze Mourinyo bir neçə futbolçu ilə hazırlıq keçib.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis oyunçulara parkda məşq keçərkən diqqət mərkəzinə düşüb.

Bu futbolçulardan biri Tanqay Ndombele olub. Həmin parkda London təmsilçisinin digər üzvləri də olub. Bunlar yarımmüdafiəçi Rayan Sesenyon və müdafiəçi Devinson Sançesdir. Onlar Mourinyonun qrupundan ayrı çalışıb.

İngiltərədəki karantin qaydaları insanlara gündə bir dəfə gəzintiyə çıxmaq, açıq havada hərəkətlər etmək imkanı verir. Lakin bu zaman bir-birindən 2 metrlik məsafəyə riayət olunmalıdır. Futbolçular bir neçə dəfə bu tövsiyəni pozublar.

Qeyd edək ki, 29 oyunda 41 xal toplayan “Tottenhem” Premyer Liqanın turnir cədvəlində 8-cidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR