Tyerri Anri “Monreal İmpakt” klubundan ayrılıb

Tyerri Anri “Monreal İmpakt” klubundan ayrılıb
  • Clock-gray 21:11
  • calendar-gray 25 Fevral 2021

Fransa millisinin sabiq futbolçusu Tyerri Anri baş məşqçisi olduğu “Monreal İmpakt” klubundan ayrılıb.

Apasport.az saytının məlumatına görə, mütəxəssis ailə vəziyyəti ilə bağlı istefa verməli olub.

43 yaşlı çalışdırıcı bu səbəbdən də Kanada təmsilçisini tərk edib. Əsas məqamlardan biri onunla bağlıdır ki, koronavirusla bağlı məhdudiyyətlər üzündən Anri uzun müddət uşaqlarını görə bilməyib.

Qeyd edək ki, fransalı 2019-cu ilin noyabrında Monreal təmsilçisinin baş məşqçisi təyin olunub. Komanda 2016-cı ildən sonra MLS-in pley-offuna onun rəhbərliyi altında çıxıb.

ApaSport

Digər xəbərlər