Zaur Həşimov: “Komandaların formalaşması problem ola bilər”

Zaur Həşimov: “Komandaların formalaşması problem ola bilər”
  • Clock-gray 11:28
  • calendar-gray 04 May 2020

“Evdə vaxt keçirməyə məşğuliyyət tapıram. Keçmiş oyunlara baxırıq, məşqçilər korpusu ilə mütəmadi danışırıq”.

Bunu apasport.az saytına “Zirə”nin baş məşqçisi Zaur Həşimov deyib.

Koronavirus pandemiyası səbəbindən dayandırılan Premyer Liqanın bərpasının uzanmasına münasibət bildirən 39 yaşlı mütəxəssis qalan oyunları keçirəcəklərinə inandığını söyləyib: “Futbol bərpa olunsa, Premyer Liqa bitdikdən sonra kubok oyunları başlayacaq. Ona qədər vaxtımız var, yaxşı forma yığa bilərik. Amma oyunları keçirmək mümkün olsa, bizi sıx təqvim gözləyəcək ki, bu da ciddi problemlər yarada bilər. Mövsümlərarası fasilə yəqin ki, bu dəfə uzun olmayacaq. Həmçinin avrokuboklar da Azərbaycan üçün tez başlayacaq. Bu baxımdan komandaların formalaşması problem ola bilər”.

Gənc çalışdırıcı ev şəraitində məşqlərin davam etdirildiyini vurğulayıb: “Onlayn məşqlərimizi davam etdirir, futbolçulara motivasiya verməyə çalışırıq. Evdə oturmaq adi insanı da sıxır. Karantin dönəmindəki istirahət göstərdi ki, futbolu çox sevirik”.

Həşimov müqavilə müddəti yaya qədər olan futbolçuların mövsüm yekunlaşmamış gedəcəklərinə inanmır: “Futbolçuların hamısı ilə ortaq məxrəcə gəlməyə çalışacağıq. Düzdür, hələ bu barədə söhbətimiz olmayıb”.

Qeyd edək ki, Premyer Liqanın oyunları XX turdan sonra dayandırılıb. “Zirə” hazırda 23 xalla 5-ci pillədə qərarlaşır.

ApaSport

Digər xəbərlər