Zlatan İbrahimoviç tarixi göstəriciyə imza atıb

Zlatan İbrahimoviç tarixi göstəriciyə imza atıb
# 29 iyul 2020 23:08 (UTC +04:00)

İsveçli hücumçu Zlatan İbrahimoviç qeyri-adi nailiyyətə imza atıb.

Apasport.az saytının məlumatına görə, skandinaviyalı forvard Milanın hər iki klubunun heyətində İtaliya A seriyasında 50 qol səddini fəth edən ilk futbolçu olub.

Əvvəllər “İnter”in heyətində 57 dəfə fərqlənən Zlatan “Milan”dakı qol sayını 50-yə çatdırıb. O, yubiley qolunu XXXVII turun “Sampdoriya” ilə görüşündə vurub. İbrahimoviç ilk yarıda 50-ci, fasilədən sonra 51-ci dəfə fərqlənib.

Qeyd edək ki, hazırda davam edən oyunda milanlılar 3:0 hesabı ilə öndədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR