Asmir Beqoviçi 2 dəfə məyus edən hücumçu “Qarabağ”la oyuna gətirilmir

Asmir Beqoviçi 2 dəfə məyus edən hücumçu “Qarabağ”la oyuna gətirilmir
# 17 sentyabr 2019 15:03 (UTC +04:00)

İspaniyanın “Sevilya” klubunun zədəli futbolçusu Nolitonun durumuna aydınlıq gəlib.
APA-nın məlumatına görə, 23 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la oyununu buraxacaq.
İspaniya yığmasının futbolçusu zədə səbəbindən Bakıya gətirilən heyətdən kənarda qalıb. Baş məşqçi Xulen Lopeteqi Azərbaycan səfəri üçün 24 futbolçunun siyahısını klub rəhbərliyinə təqdim edib və Nolitonun adı bura daxil edilməyib.
La Liqanın liderinin cəza üzündən Bakıdakı matçı buraxacaq oyunçusu Lukas Okampos isə komanda ilə birlikdə ölkəmizə gələcək. X.Lopeteqi onun üç gün ərzində də komandayla məşq etməsini istəyib.
“Sevilya” bu günün ikinci yarısında İspaniyanı tərk edərək səfərə çıxacaq. “Qarabağ”ın rəqibini 6 saatlıq uçuş gözləyir.

Qapıçılar: 1. Tomaş Vatslik, 13. Yassin Bouno, 29. Alfonso Pastor
Müdafiəçilər: 3. Serxi Qomes, 18. Serxio Eskudero, 23. Serxio Reqilon, 20. Dieqo Karlos, 12. Jül Kunde, 6. Daniel Karriço, 16. Xesus Navas
Yarımmüdafiəçilər: 7. Runu Lopes, 10. Ever Baneqa, 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 21. Oliver Torres, 22. Franko Vaskes, 24. Joan Jordan, 25. Fernando Rejes
Hücumçular: 5. Lukas Okampos, 9. Munas Dabbur, 11. Munir. 14. Xavyer Ernandes, 19. Luk de Yonq

Qeyd edək ki, Nolito üçün “Qarabağ”ın yeni qapıçısı Asmir Beqoviç tanış simadır. O, İspaniya yığmasında ilk 2 qolunu 2016-cı mayın 29-da Bosniya və Herseqovina ilə yoxlama oyununda (3:1) məhz bu qolkiperin qoruduğu qapıdan keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR