Avropa Liqasında II təsnifat mərhələsinə start verilib.
APA-nın məlumatına görə, ilk oyunlar çərçivəsində 5 qarşılaşma baş tutub.
Bu matçlarda Çempionlar Liqasında uduzanlar üz-üzə gəlib. Görüşlərdən birində meydan sahibləri, ikisində qonaqlar qalib gəlib. İki matç isə heç-heçə nəticələnib. “Astana”nın Andorradan qələbəsiz dönməsi günün sensasiyası sayılır.
Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin digər ilk oyunları iyulun 24-25-də baş tutacaq.
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
Çempionlar yolu
23 iyul
19:00. "Ararat" (Ermənistan) - “Linkoln” (Cəbəllütariq) – 2:0
19:45. "HB Torshavn" (Farer adaları) - "Linfild" (Şimali İrlandiya) – 2:2
19:55. "Şkendiya" (Makedoniya) - "Düdelanj" (Lüksemburq) – 1:2
22:00. “Santa Koloma” (Andorra) - "Astana" (Qazaxıstan) – 0:0
22:30. "Tre Penne" (San-Marino) - "Suduva" (Litva) – 0:5