Azərbaycan – Uels oyunu Dəniz Aytəkinə tapşırılıb

Azərbaycan – Uels oyunu Dəniz Aytəkinə tapşırılıb
  • Clock-gray 14:00
  • calendar-gray 13 Noyabr 2019

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Uels oyununun təyinatları açıqlanıb.

APA-nın məlumatına görə, noyabrın 16-da baş tutacaq qarşılaşmanı Almaniyadan olan hakimlər briqadası idarə edəcək.

“Bakcell Arena”dakı görüşün baş hakimi Dəniz Aytəkin olacaq. Onun başçılıq etdiyi briqadada Eduard Beytinger, Rafael Foltin yer alacaq. Dördüncü hakim funksiyasını isə Kristian Dingert yerinə yetirəcək. 

Görüşün hakim-inspektoru Sergey Zuyev (Rusiya), UEFA nümayəndəsi Mark Boş (Hollandiya) olacaq.

Qeyd edək ki, Azərbaycan – Uels oyunu saat 21:00-də başlayacaq.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date