Azərbaycan yığması seçmə mərhələyə məğlubiyyətlə başlayıb

Azərbaycan yığması seçmə mərhələyə məğlubiyyətlə başlayıb
# 02 oktyabr 2019 18:58 (UTC +04:00)

19 yaşadək qızlardan ibarət Azərbaycan futbol millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

APA-nın məlumatına görə, 3-cü qrupda qüvvəsini sınayan yığmamız ilk turda Portuqaliya ilə görüşüb.

Fao şəhərindəki matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Portuqaliya futbolçuları Vüqar Əsgərlinin baş məşqçisi olduğu komandamızı asanlıqla məğlub ediblər - 6:0.

Qrupun bu gün keçiriləcək digər oyununda Almaniya ilə Albaniya üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 5-də Almaniya ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR