21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası problemlə üzləşib.
APA-nın məlumatına görə, yığmanın futbolçusu Tural Bayramlı Fransaya buraxılmayıb.
O, Parisin Şarl De Qoll hava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. U-21-in heyətində Fransaya yollanan T.Bayramlı sabah - oktyabrın 9-da AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək. O, AVRO-2021-in seçmə mərhələsinin ayın 10-da baş tutacaq Fransa – Azərbaycan görüşündə iştirak edə bilməyəcək.
Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib.
AFFA və Fransa Futbol Federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır.
Qeyd edək ki, T.Bayramlı ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edib.
Azərbaycan yığmasının futbolçusu Fransaya buraxılmayıb
08 oktyabr 2019 22:54 (UTC +04:00)
Futbol
Kilian Mbappe "PSG"-dən gedəcəyini açıqlayıb - VİDEO
22:20
10 may 2024
“Borussiya” Çempionlar Liqasının finalında uduzsa, rəqibi “Real”dan daha çox pul qazanacaq
13:34
10 may 2024
"Fənərbaxça" baş məşqçi İsmail Kartalla yolları ayırır
12:54
10 may 2024
"Olimpiakos" Konfrans Liqasının finalına çıxıb
01:11
10 may 2024