Bakı klubunun futbolçusu Syerra-Leone millisinə dəvət alıb

Bakı klubunun futbolçusu Syerra-Leone millisinə dəvət alıb
  • Clock-gray 15:31
  • calendar-gray 22 Avqust 2019

“Keşlə”nin futbolçusu Con Kamara Syerra-Leone milli komandasına çağırılıb.

APA-nın məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi yığmasının sentyabrda keçiriləcək oyunlarında iştirak şansı qazanıb.

Onun yer aldığı komanda DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsində mübarizəyə başlayacaq. Syerra-Leone millisi I raundda Liberiya ilə görüşəcək. C.Kamara və yoldaşları sentyabrın 2-dəki ilk oyunu evdə, ayın 10-da baş tutacaq cavab görüşünü səfərdə keçirəcək.

Qeyd edək ki, C.Kamara millidə keçirdiyi 11 matçda 1 qol vurub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date