İspaniya millisi görünməmiş göstəriciyə imza atıb, Serxio Ramos rekordçu olub

İspaniya millisi görünməmiş göstəriciyə imza atıb, Serxio Ramos rekordçu olub
  • Clock-gray 23:40
  • calendar-gray 12 Oktyabr 2019

AVRO-2020-nin seçmə mərhələsinin hazırda davam edən Norveç – İspaniya qarşılaşması qonaqlar üçün iki tarixi hadisə ilə əlamətdardır.

APA-nın məlumatına görə, İspaniya millisinin tarixində ilk dəfə start heyətində yer alan 11 futbolçu 11 müxtəlif klubu təmsil edir.

Bunlar İngiltərə təmsilçiləri “Çelsi” (Kepa Arrisabalaqa), “Arsenal” (Daniel Sebalyos), Fransa çempionu PSJ (Xuan Bernat), İtaliya “Napoli”si  (Fabian Ruis) və yerli klublar “Real” (Serxio Ramos), “Vilyarreal” (Raul Albiol), “Sevilya” (Xesus Navas), “Atletiko” (Saul Niqes), “Barselona” (Serxio Buskets), “Valensiya” (Rodriqo), “Real-Sosyedad” (Mikel Oyarabal) komandalarıdır.

“Real”ın yeganə nümayəndəsi S.Ramos millidə 168-ci oyununa çıxmaqla bu göstəricidə mütləq rekord vurub. O, sabiq komanda yoldaşı İker Kasilyası (167) arxada qoyub.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date