Lionel Messi Neymardan “Real”a keçməməyi xahiş edib

Lionel Messi Neymardan “Real”a keçməməyi xahiş edib
  • Clock-gray 11:48
  • calendar-gray 13 Avqust 2019

Argentina milli komandasının və İspaniya “Barselona”sının futbolçusu Lionel Messi Neymarın transferi ilə bağlı məsələyə qoşulub.

APA-nın məlumatına görə, o, braziliyalı hücumçuya zəng vuraraq “Barselona”nın prinsipial rəqibi “Real”a keçməməyi xahiş edib.

L.Messi “sambaçı”nı məhz “Barselona”ya qayıtmağa razı salmağa çalışıb. Çünki Neymarı heyətində görmək istəyən komandalar arasında Madrid klubu daha şanslı hesab olunur və parislilər də onun “Barselona”ya deyil, digər komandaya keçidində maraqlıdır.

Qeyd edək ki, 2013-17-ci illərdə “Barselona”da çıxış edən Neymar son iki ildə şərəfini qoruduğu PSJ ilə müqaviləsi 2022-ci ildə başa çatacaq. Lakin onun komandadan ayrılacağı dəqiqləşib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date