Minsk-2019: Məhəmməd Abdullayev 1/16 final səddini adlaya bilməyib

Minsk-2019: Məhəmməd Abdullayev 1/16 final səddini adlaya bilməyib
# 21 iyun 2019 17:26 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının boks yarışları davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, ilk yarış günündə +91 kq çəki dərəcəsində çıxış edən kişi boksçuların mübarizəsinə start verilib.

Azərbaycan milli komandasının üzvü Məhəmməd Abdullayev “Uruçye Arena”dakı ilk döyüşünü 1/16 final mərhələsi çərçivəsində keçirib. O, bolqarıstanlı Petar Belberovla qarşılaşıb. 1:4 hesabı ilə uduzan M.Abdullayev Minsk-2019-dakı çıxışını başa vurub.

Qeyd edək ki, bu gün rinqə çıxan digər iki boksçumuzdan Tayfur Əliyev (56 kq) qələbə qazanıb, Rahil Məmmədli (91 kq) isə məğlub olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR