“Neftçi” və “Səbail”in Avropa Liqasındakı rəqibləri dəqiqləşib

“Neftçi” və “Səbail”in Avropa Liqasındakı rəqibləri dəqiqləşib
# 18 iyun 2019 17:49 (UTC +04:00)

Azərbaycanın Avropa Liqasının I təsnifat mərhələsində təmsil edəcək komandaların rəqibləri müəyyənləşib.

APA-nın məlumatına görə, “Neftçi” və “Səbail”in 2019/20 mövsümündəki ilk rəqibləri UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan püşkatmada bilinib.

Avrokuboklarda təcrübəli olan “Neftçi” Moldovanın "Speranta" klubu ilə üz-üzə gələcək. Bakılılar ilk oyunu evdə keçirəcək.

Qitəmiqyaslı turnirlərdə debüt edəcək “Səbail” isə Rumıniyanın "Universitatya" klubu ilə qarşılaşacaq. Aftandil Hacıyevin yetirmələri ilk oyunu Bakıda olacaq.

Avropa Liqasında I təsnifat mərhələsinin ilk görüşləri iyulun 11-də, cavab matçları 18-də baş tutacaq.

Qeyd edək ki, sabah turnirin II təsnifat mərhələsinin püşkü atılacaq. “Neftçi” və “Səbail”in yer aldığı cütlərlə yanaşı, ilk raunddan azad olan “Qəbələ”nin də rəqibi bəlli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR