Nikola Yurçeviç dünyanın ən yaxşı üç məşqçisini düzgün müəyyənləşdirib

Nikola Yurçeviç dünyanın ən yaxşı üç məşqçisini düzgün müəyyənləşdirib
# 24 sentyabr 2019 09:23 (UTC +04:00)

Azərbaycan təmsilçilərinin FİFA-nın ilin ən yaxşıları seçməsi prosesində kimə səs verdiyi bəlli olub.

APA-nın məlumatına görə, milli komandanın baş məşqçisi Nikola Yurçeviç, kapitan Maksim Medvedev və jurnalist Rasim Mövsümzadə sorğuda iştirak edib.

Xorvatiyalı mütəxəssis Kriştiano Ronaldonu dünyanın ən yaxşısı hesab edib. O, Lionel Messini 2-ci, Məhəmməd Salahı 3-cü sıraya layiq görüb.

M.Medvedev 1-ci yerdə Vircil van Deyki göstərib. O, ikinci sırada Məhəmməd Salahı, üçüncü yerdə Mateys de Liqti görüb.

R.Mövsümzadə də ilk sıraya V.van Deyki qoyub. O, Sadio Maneni 2-ci, Məhəmməd Salahı 3-cü qeyd edib.

N.Yurçeviç həmkarları arasında seçimdə ilk “üçlüy” düzgün müəyyənləşdirib. O, yekunda ən yaxşı olan Yurgen Kloppu ilin məşqçisi görüb. Xorvatiyalı Pep Qvardiolanı 2-ci, Maurisio Poçettinonu 3-cü sıraya layiq bilib.

M.Medvedev ən yaxşı məşqçi kimi Didye Deşamı fərqləndirib. O, Yurgen Kloppu ikinci, Camel Belmadini 3-cü hesab edir.

Mövsümzadə də Yurgen Kloppu ən yaxşı hesab edir. O, Erik Ten Haqı ikinci, Camel Belmadini 3-cü göstərib.

Qeyd edək ki, ilin ən yaxşı futbolçusu nominasiyasında Lionel Messi 1-ci, Kriştianu Ronaldo 2-ci, Vircil van Deyk 3-cü yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR