“Səbail” və “Neftçi”nin oyunlarını idarə edəcək hakimlər dəqiqləşib

“Səbail” və “Neftçi”nin oyunlarını idarə edəcək hakimlər dəqiqləşib
# 15 iyul 2019 14:34 (UTC +04:00)

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına hakim təyinatları açıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycan təmsilçiləri “Neftçi” və “Səbail”in qarşılaşmalarının da hakimləri bəlli olub.

İyulun 17-də baş tutacaq matçları Avstriya və İslandiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər. “Neftçi”nin Moldova “Speranta”sı ilə ev qarşılaşmasında avstriyalı Yulian Veynberger baş hakim olacaq.

Ona həmyerliləri Maksimilian Kolbiç, Mihael Nemets və Andreas Heyss kömək edəcək.

“Səbail”in “Universitatya Krayova” ilə Rumıniyadakı görüşündə islandiyalı Mikael Yonasson fit çalacaq. Yohan Qudmundsson və Brinqeiyr Valdimarsson onun köməkçiləri, İvar Orri Kristyansson dördüncü hakim olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR