“Bank Respublika”nın baş ofisinə partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat yalan çıxıb

“Bank Respublika”nın baş ofisinə  partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat yalan çıxıb
# 15 dekabr 2006 12:50 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yanğınsöndürən və təcili tibbi yardım maşınları də hadisə yerində olub. Fövqəladə hallar nazirinin müavinləri Rəfael Mirzəyev və Faiq Tağızadə də hadisə yerinə gəliblər. Binanın bütün əməkdaşları evakuasiya olunduqdan sonra binada axtarış aparılıb. “Bank Respublika”nın mühafizə xidmətinin rəisi isə jurnalistlərə yalnız onu deyib ki, bank əməkdaşlarının fövqəladə situasiyalara hazırlıq səviyyəsini yoxlayırlar. Saat 17.30-da jurnalistlərə açıqlama verən Fövqəladə Hallar Nazirlinin Mülki Müdafiə Qoşunları mülki müdafiə təşkilinin baş idarəsinin rəisi, polkovnik Kamil Bağırov bildirib ki, saat 15.00 radələrində kişi səsi ilə naməlum telefon zəngi olub. Həmin şəxs bankın xidməti otaqlarından birində partlayıcı qurğunun yerləşdirildiyini söyləyib. Bundan sonra hadisə yerinə xüsusi təlim görmüş itlər və mühəndis-istehkam qurğuları gətirilib. İki saatdan artıq aparılan axtarış nəticəsində anonim telefon zənginin yalan olduğu müəyyənləşdirilib. K. Bağırov bankın normal iş fəaliyyətini bərpa etdiyini, hüquq-mühafizə orqanlarının isə zəngin sahibini dəqiqləşdirməyə çalışdığını deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR