Tovuzda ağır yol qəzası baş verib

Tovuzda ağır yol qəzası baş verib
# 26 dekabr 2006 11:46 (UTC +04:00)
Dünən axşam Bakı-Qazax yolunun Tovuz rayonu Dönük Qırıqlı kəndi ərazisində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Almaniya vətəndaşı İsmayıl Qarayevin idarə etdiyi “İkarus” markalı avtobusla Qovlar qəsəbə sakini Adil Alıyevin idarə etdiyi motosiklet toqquşub. Nəticədə motosikletin sərnişinləri - Qovlar qəsəbə sakinləri Asif Allahverdiyevlə Elfaq Mürsəlov aldıqları xəsarətdən hadisə yerində keçiniblər. Xəsarət almış A.Alıyev, İ.Qarayev, sərnişinləri Ramil İsayev və Ağstafa rayon sakini Elman Məmmədov isə müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdiriliblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR