Milli Televiziya və Radio Şurası ANS-in sənədlərini geri qaytarıb

Milli Televiziya və Radio Şurası ANS-in sənədlərini geri qaytarıb
# 26 dekabr 2006 13:06 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. N. Məhərrəmli əlavə edib ki, ANS-in təqdim etdiyi sənədlərdə müəyyən qüsurlar olub.
MTRŞ-dan isə APA-ya bildirilib ki, sənədlər ANS-ə geri qaytarılıb. Müəyyən düzəlişlər olunandan sonra MTRŞ yenidən sənədləri qəbul edəcək.
ANS-dən isə APA-ya bildirilib ki, MTRŞ-nın geri qaytardığı sənədlərdən ikisində düzəlişə ehtiyac var və şirkət bir neçə gün ərzində bu düzəlişləri edərək, sənədləri MTRŞ-ya təqdim edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR