Ombudsman Elmira Süleymanova Mətbuat Şurasının və Teleradio Şurasının sədrlərinə müraciət edib

Ombudsman Elmira Süleymanova Mətbuat Şurasının və Teleradio Şurasının sədrlərinə müraciət edib
# 23 yanvar 2007 17:02 (UTC +04:00)
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova uşaq hüquqlarının müdafiəsi ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov və Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə müraciət edib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, müraciətə səbəb son günlər bir neçə azyaşlı uşağın televiziyalardan aldıqları məlumatlar nəticəsində özlərinə qəsd etməsidir. Müraciətdə uşaqların əqli və mənəvi inkişafa zərər vura biləcək məlumatlardan qorunması məqsədilə lazımi tədbirlərin görülməsi və bu cür halların baş verməməsi üçün vəziyyətin nəzarətdə saxlanılması tövsiyə olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR