Gəncənin qaz paylayıcı sistemində yeni tarazlayıcı qurğular quraşdırılır

Gəncənin qaz paylayıcı sistemində yeni tarazlayıcı qurğular quraşdırılır
# 22 fevral 2007 14:51 (UTC +04:00)
Fevralın 20-dən etibarən Gəncə şəhərinin bəzi ərazilərinə mavi yancaq fasilələrlə verilir. Gəncə şəhər qaz istismarı idarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, Bağbanlar qəsəbəsi və dəmiryolu vağzalı ətrafında yaşayış evlərinə mavi yanacaq aşağı təzyiqlə verilir. Sakinlərin narazılığını nəzərə alan qaz istismarı idarəsi həmin ərazilərə mavi yanacağın yüksək təzyiqlə verilməsi üçün tədbirlər görür. Hazırda həmin ərazilərdə aparılan yenidənqurma işləri çərçivəsində mavi yanacağın bərabər təzyiqlə paylanması üçün tarazlayıcı qurğular quraşdırılır. Yenidən qurma işləri ilə əlaqədar bu gün Gəncənin bir sıra yaşayış məntəqələrinə mavi yanacağın verilməsi müvəqqəti olaraq dayandırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR