Gəncədə “QAZ-24” markalı avtomobil işıq dirəyinə çırpılıb

Gəncədə “QAZ-24” markalı avtomobil işıq dirəyinə çırpılıb
# 14 mart 2007 09:50 (UTC +04:00)
Dünən Gəncənin M.A.Abbaszadə küçəsində sürətlə hərəkət edən “QAZ-24” markalı avtomobil işıq dirəyinə çırpılıb. Yerindən çıxan dirək isə qaz borusunun üzərinə yıxılaraq onu sıradan çıxarıb ki, bu da həmin əraziyə təbii qazın verilməsinin dayandırılmasına səbəb olub. APA-nın qərb bürosunun məlumatına görə, Gəncə Qaz İstismar İdarəsinin qəza xidmətinin əməkdaşları problemi elə həmin gün aradan qaldırıblar. Gəncə Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə “QAZ-24” markalı avtomobilin idarəetmə sistemində yaranan nasazlıq ucbatından baş verib. Avtomobilin sürücüsü isə yüngül xəsarətlə Gəncə Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Xəstəxanadan bildiriblər ki, daxil olan xəstəyə ilkin yardım göstərildikdən sonra o, evə buraxılıb. Faktla bağlı araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR