Avtomaşınlardan oğurluq edən dəstə tutulub

Avtomaşınlardan oğurluq edən dəstə tutulub
# 29 mart 2007 10:54 (UTC +04:00)
Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-də Bakı şəhər sakini Anar Bayramova məxsus "VAZ-2106" markalı avtomaşından 1 ədəd musiqi mərkəzi, 1 ədəd maqnitofon və 1 ədəd avtomobil kompasını oğurlamış paytaxt sakinləri Tomas Bayramov, Mərdan Hüseynov və Tərlan Həsənov tutulublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməliyyat tədbirləri nəticəsində eyni şəxslərin martın 26-na keçən gecə Bakı şəhər sakinləri Qoşqar Məmmədova və Pərviz Bədirxanova məxsus avtomaşınlardan da maqnitofon oğurladıqları müəyyən edilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR