BİZNES-QOROSKOP Aprel-2007

BİZNES-QOROSKOP Aprel-2007
# 30 mart 2007 15:22 (UTC +04:00)
QOÇ

Aprelin ilk iki ongünlüyü Qoçların çoxu üçün ilin ən uğurlu dövrü olacaq. Bütün işlərinizdə xeyli irəliləyişə nail ola, səhhətinizi və xarici görünüşünüzü yaxşılaşdıra, yeni işlərə başlaya bilərsiniz. Qoçların işdəki vəziyyətləri yaxşılaşacaq, başqa ölkələrə səfər etmək, təhsili yaxşılaşdırmaq imkanı yaranacaq. Ayın 11-dən sonra təhsil və ünsiyyət daha da rahatlaşacaq, hərçənd birinci ongünlükdə karyeranıza yeni özül qoya, hər hansı bir tikintiyə və digər uzunmüddətli layihələrə başlaya bilərsiniz. Ayın son ongünlüyündə həyat sürəti xeyli zəifləyəcək, maliyyə və təsərrüfat məsələləri sizi daha çox maraqlandıracaq. Elə həmin dövrdə, xüsusən də səfərlər zamanı xeyli maraqlı tanışlıqlar yaranacaq, qohumlara baş çəkə, yaxın adamınızla təzə yerlərə səfər edə bilərsiniz.
Uğurlu günləriniz 16-17 aprel.

BUÄžA

Bazarlıq və maliyyə aksiyalarını ayın ilk altı gününə planlaşdırmağa dəyməz, biznes sahəsindəki və şəxsi həyatdakı mühüm görüşləri başqa vaxta təxirə salmaq məsləhət görülür. Veneranın Saturn və Neptunla aspektləri ucbatından yaxın adamlarınızdan ayrıla və pul itkisinə məruz qala bilərsiniz, tanışlarınızdan birinə kömək lazım ola bilər, özünüz isə səhhətinizə qarşı diqqətli olmalısınız. Ayın ortası daha sakit keçəcək, işdə xeyli müsbət dəyişlik baş verəcək, ən müxtəlif adamlar sizi dəstəkləyəcək. Yeni dostlarınız meydana çıxa bilər. Ayın 17-18-də təzə ay çıxandan sonra sizin ayınız başlayacaq, Buğalar emosional yüksəliş hiss edəcəklər, xeyli yeni planlar meydana çıxacaq. Aprelin 27-dən sonra biznesdə sizi maraqlı xəbərlər gözləyir.
Uğurlu gününüz 18 aprel.

ƏKİZLƏR

Aprel sizin üçün kifayət qədər şən və maraqlı keçəcək. Sevgi və kübar həyatınıza yeni boyalar qatılacaq, Əkizləri işdə və ünsiyyət dairəsində çoxlu mühüm dəyişiklik gözləyir. Ayın 12-də Venera bürcünüzə daxil olandan sonra çoxları imicini dəyişmək, mağazalara baş çəkmək, bahalı şeylər almaq istəyəcək. Ünsiyyətiniz xeyli artır. Ona görə də ayın ikinci yarısı bir sıra parlaq tanışlıqlar gətirəcək, ədəbiyyat və incəsənət sahəsində yeni maraqların yaranacağı mümkündür. Ayın sonu hadisələrlə çox zəngin olacaq. Sizi maraqlı səfərlər, istirahətdə və şəxsi həyatda xeyli yeni təəssürat gözləyir. Lakin aprelin 21-dən 27-dək olan dövrdə yaxınlarınızla qarşılıqlı anlaşmanız çətinləşə bilər, müqayisə və münaqişələr istisna edilmir, hərçənd münasibətlər daha ehtiraslı və maraqlı ola bilər.
Uğurlu günləriniz - 19-20 aprel.

XƏRÇƏNG

Aprelin gəlişi ilə işdə təkəbbürlü məqsədləriniz, yaya və ümumiyyətlə, gələcəyinizə dair yeni planlarınız meydana çıxacaq. Marsın su ünsürü üzrə hərəkətə başladığı vaxtdan ayın 6-dan istənilən işiniz asanlıqla başa gələcək, səfərlər, təhsil, dostlarınızla birgə işləriniz üçün imkanlar meydana çıxacaq. Birinci ongünlük işgüzar danışıqlar və görüşlər silsiləsini başa çatdırmağa imkan verəcək və artıq ayın 11-dən biznesdə və ünsiyyətdə yeni mövzular meydana çıxa bilər. Aprelin ortasında yeni işgüzar ittifaqlarınız yarana bilər, bəzi Xərçənglər şəxsi həyatlarına dair müəyyən qərar qəbul etməli olacaqlar. Ayın son ongünlüyü həyatınıza uğur və harmoniya gətirəcəyini vəd edir. Tələsmədən şəxsi işlərinizlə məşğul ola, həyatınıza hansısa dəyişikləri edə, dostlarınızla daha çox ünsiyyətdə olaraq, birgə istirahət edə biləcəksiniz.
Uğurlu gününüz - 22 aprel.

ŞİR

Aprel sizə xeyli əlverişli imkanlar gətirəcək, Şirlərin əksəriyyəti üçün bu, ilin ən yaxşı dövrlərindən biri olacaq. Ayın ilk ongünlüyündə karyera ilə bağlı mühüm məsələləri həll edə, karyeranızda yüksəlişə nail ola və nüfuzlu şəxslər tərəfindən dəstəklənə bilərsiniz. Çoxlarının səhhəti xeyli yaxşılaşacaq, bu dövrdə idmanla və fitneslə məşğul olmaq faydalıdır. Daşınmaz əmlakla bağlı yaranmış hər hansı bir vəziyyəti uğurla həll edə, cəmiyyətdə öz təsirinizi artıra, yeni işlərə başlaya bilərsiniz. Ayın son ongünlüyündə xoş tanışlıqlar meydana çıxa, qohumlarınızla münasibətləriniz yaxşılaşa bilər. Tez-tez müxtəlif görüşlərə və ictimai tədbirlərə qatılacaqsınız. Ayın 20-dən sonra işlər o qədər də sürətlə irəliləməsə də, əvəzində yeni keyfiyyət səviyyəsinə yüksələ, qazancınızı artıra və yeni nailiyyətlər barədə düşünə bilərsiniz.
Uğurlu günləriniz - 24-25 aprel.

QIZ

Baharın ortası sizin üçün qeyri-sabit dövrdür, ətrafdakılarla münasibətlərinizdə çox şey dəyişə bilər. Rəqibləriniz sizi fəal hərəkətlərə vadar edəcək, işdə yeni məqsədlər meydana çıxacaq. Şəxsi həyat xüsusilə mühüm mövzuya çevrilə bilər, buna görə də qızların əksəriyyəti yeni duyğular yaşamaq istəyəcək. Yaxınları onların bu istəyini dəstəkləməlidir. Həyatınız xeyli dinamikləşəcək, çoxlu səfərlər edəcəksiniz, ünsiyyət sahəsinə tamamilə yeni adamlar daxil ola bilər. Ayın son ongünlüyü xüsusən hadisələrlə zəngin olacaq, lakin, eyni zamanda, əminliklə qərar qəbul edərək sərfəli olmayan işgüzar tərəfdaşlıqdan yaxa qurtaracaq, qazancınızı və bilik səviyyənizi artıracaqsınız.
Uğurlu günləriniz - 26-27 aprel.

TƏRƏZİ

Aprel sizin üçün çox mühüm aydır. O, cəmiyyətdəki əlaqələrinizi fəallaşdırmağa, təşkilatçılıq, diplomatiya və vasitəçilik qabiliyyətlərinizi nümayiş etdirməyə, özünüzü daha parlaq şəkildə nümayiş etdirməyə imkan verir. İmkanlarınızı artıracaq yeni tərəfdaşlarınız meydana çıxa bilər. Tərəzilər ən müxtəlif görüşlər, bayramlar, tanışlıqlar və tədbirlərdə fəal iştirak etməlidirlər. Şəxsi həyatda da xeyli maraqlı və xoşagələn hadisə gözlənilir. Yeni adamlarla tanış ola, onlarla birgə tez-tez camaat arasına çıxa, vaxtınızı mədəni istirahət və əyləncələrə həsr edə bilərsiniz. Yaxın adamınız üçün aprel böyük uğurlar dövrü ola bilər, siz ona görə sevinəcəksiniz. Ayın axırında xüsusilə kadr məsələləri üzrə işdə kəskin mübahisələrin olması mümkündür, şəxsi və ümumi maliyyənizə daha diqqətlə nəzarət etməlisiniz.
Uğurlu günləriniz - 2-3, 29-30 aprel.

ƏQRƏB

Ayın əvvəlində düz ayın 6-dək sizi müəyyən enmə gözləyir, bu, ilk növbədə maliyyə və sevgi işlərində əks oluna bilər. Alış-veriş, hədiyyə, işgüzar danışıqları həmin dövrə planlaşdırmasanız yaxşıdır. Qalan məsələlərdə isə artıq ayın 7-dən özünüzü çox gözəl hiss edəcəksiniz. Marsın təsiri sayəsində aprel işgüzarlığınıza və yaradıcılıq fəaliyyətinizə xeyli aktivlik gətirəcək. Gücünüzün artdığını hiss edəcək, qərarların qəbul edilməsində sərbəstlik, dostlarınız və tərəfdaşlarınız tərəfindən dəstəkləndiyinizi duyacaqsınız. Yeni işə başlaya, texnikanı mənimsəyə bilərsiniz. Bu ay istirahət sizə xeyli parlaq təəssürat gətirəcək. Çoxlarının işi, sözün əsl mənasında, qaynayacaq. Ayın son ongünlüyü maliyyə vəziyyətinizi yaxşılaşdırmağa, şəxsi həyatınızı fəallaşdırmağa kömək edəcək, lakin mühüm alış-verişi mayın 8-dək təxirə salsanız yaxşıdır.
Uğurlu gününüz 4-5 aprel.

OXATAN

Ayın ilk ongünlüyü sizin üçün çox əlverişlidir. Nəzərdə tutduqlarınızın əksəriyyətini reallaşdıra, işdə və şəxsi inkişafınızda yeni miqyaslara çıxa, ağlasızmaz səfərlər edə bilərsiniz. Karyeranızda sürətlə irəliləyəcəyiniz, ölkədə və xaricdə tanınacağınız istisna edilmir. Ayın ortalarında qohumlarınızla ünsiyyətiniz fəallaşmalıdır, xeyli yeni tanışlarınız meydana çıxacaq, yazışmanız aktivləşəcək. Hadisələrin çoxu yaxın adamınızla bağlı olacaq, bu həmçinin iş və istirahət üçün uğurlu dövrdür, xarakterinizin güclü tərəflərini nümayiş etdirə bilərsiniz. Ayın axırında şəxsi münasibətlərdə qaynar dövr başlayacaq, evdə və işdə gözlənilməz dəyişikliklərin baş verəcəyi mümkündür. Mayın 6-dək bütün bu hadisələrə dair qəti nəticə çıxarmağa dəyməz.
Uğurlu günləriniz 7-8 aprel.

OÄžLAQ

Apreldə, göy üzündə Qoç bürcünün hökmranlıq etdiyi bir dövrdə hadisələr çox dinamik inkişaf edir, yeni layihələrdə fəal iştirak etməlisiniz ki, başqalarından və dövrün yeniliklərindən geri qalmayasınız. Oğlaqlar evdə yerdəyişmə edə, maliyyə və daşınmaz əmlaklarını daha fəal idarə edə bilərlər, amma ayın 6-dək bazarlıq etməsələr və ya sərmayə qoymasalar yaxşıdır. Ayın ikinci yarısı sizə yeni ünsiyyət gətirəcək, daha çox intellektual iş meydana çıxacaq, çox güman ki, hansısa əlavə təhsil almalı olacaqsınız. Ayın 17-dən sonra sizi daha sakit və rahat həyat şəraiti, maraqlı səfərlər gözləyir. İstirahət və yeni nailiyyətlər barədə düşünə, uşaqlarınıza, yaxın adamlarınıza və şəxsi maraqlarınıza daha çox vaxt ayıra bilərsiniz.
Uğurlu günləriniz 9-10 aprel.


DOLÇA

Sizin üçün ilin ən fəal dövrü başa çatıb. Apreldə nəfəsinizi dərə, öz istədiyiniz kimi yaşaya, ailənizə, ünsiyyətə, əlaqələrin inkişafına daha çox vaxt ayıra bilərsiniz. Bununla yanaşı, baharın bu ayını fiziki və intellektual baxımdan bacardıqca fəal keçirmək lazımdır. Hərçənd birinci həftədə açıq-aşkar süstlük, pul və ya digər insanlar tərəfindən dəstəklənmə sarıdan bəzi məhdudiyyətlər hiss edə bilərsiniz, amma ayın 11-dən hər şey öz yerini tutacaq. Dolçalar yenidən həyat eşqi hiss edəcəklər. Sizdə yeni ideyalara, texniki yeniliklərə maraq yaranacaq, səfərlərə daha asanlıqla yollanacaq, yeni adamlarla daha cəsarətlə tanış olacaqsınız. Hətta təzə macəralar, eləcə də bütün ətrafdakılarla qohumlar, qonşular, işdə həmkarlarla münasibətlərin yaxşılaşacağı istisna edilmir. Ayın axırı üçün qarşıya bir neçə vacib məqsəd qoymalı və əgər onlar xüsusən ev təsərrüfatı, torpaq, bağla əlaqədardırsa, maliyyə ehtiyatlarınızı onlara yönəltməlisiniz.
Uğurlu günləriniz - 11,12, 13 aprel.

BALIQLAR

Aprel cari ildə xüsusi ay olacaq. Sizə qonaq gələcək Mars gəlişi ilə işgüzar həyatınızı fəallaşdıracaq, özünüzə inam hissini artıracaq, bəzi Balıqlar şəxsi işlərini təşkil etmək istəyəcəklər. Yeri gəlmişkən, məişətdə zədə alacağınız və ya ünsiyyətdə münaqişənin artacağı istisna edilmir. Bu ay kollektiv iş xüsusilə uğurludur, siz həmfikirlərinizdən ibarət komandanı ətrafınızda birləşdirərək çox yaxşı nəticələrə nail ola bilərsiniz. Üçüncü ongünlükdə işgüzar və şəxsi ünsiyyətdə böyük dəyişikliklər mümkündür, təcili səfərlər, iş şəraitində dəyişikliklər olması lazım gələ bilər. Yeni tanışlıqlar və təzə təəssüratlar sizi şübhəsiz sevindirəcək, bu zaman yerinizdə oturmalı olmayacaqsınız. Alış-verişi mayın ikinci həftəsinədək təxirə salsanız yaxşıdır.
Uğurlu günləriniz 13-14 aprel.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR