Yardımlıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

Yardımlıda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi  baş verib
# 03 sentyabr 2007 10:15 (UTC +04:00)
Yardımlı rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın Cənub bürosunun verdiyi məlumata görə, rayonun Heydər Əliyev prospektində 1977-ci il təvəllüdlü Əli Zabitovun idarə etdiyi “UAZ” markalı “65-EA-422” dövlət nömrə nişanlı avtomobillə Kavran kənd sakini, 1969-cu il təvəllüdlü Tehran Mustafayevin idarə etdiyi “VAZ 2106” markalı “10-MB-435” dövlət nömrə nişanlı avtomobil toqquşub. Nəticədə T. Mustafayevin idarə etdiyi avtomobilin sərnişini Kavran kənd sakini, 1939-cu il təvəllüdlü Nübar İbrahimova ağır bədən xəsarəti alıb. O, xəstəxanaya çatdırılsa da, aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı Yardımlı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR