Qadın alveri ilə məşğul olan iki bacı ifşa edilib

Qadın alveri ilə məşğul olan iki bacı ifşa edilib
# 26 sentyabr 2007 10:34 (UTC +04:00)
Qadın alveri ilə məşğul olan iki bacı ifşa edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Təranə Ağamalıyeva və bacısı Tamellanın bir qrup şəxslə cinayət əlaqəsinə girərək gəlir əldə etmək məqsədilə qadınları Dubay şəhərinə aparıb cinsi istismara məruz qoyduğu müəyyənləşdirilib. Faktla əlaqədar T. Ağamalıyeva saxlanılıb, Tamellanın tutulması üçün tədbirlər görülür. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR