Azərbaycan Fövqəladə Hallar Nazirliyi Bakı-Şamaxı yolunda insan tələfatı ilə nəticələnmiş yanğınla bağlı rəsmi açıqlama yayıb

Nazirlikdən APA-ya daxil olan məlumatda bildirilir ki, bu gün saat 14.00 radələrində Bakı-Şamaxı yolunun At Yalı sahəsində “AzF.P.Co” MMC tərəfindən soyuducu anbarların tikintisi aparılan zaman yanğın hadisəsi baş verib. Nəticədə tikintidə çalışan fəhlələrdən ikisi hadisə yerindəcə ölüb, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsi tərəfindən təhqiqat aparılır. /APA/
Hadisə

Ucarda arvadını öldürən, tanışını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Gəncədə ticarət mərkəzində çökmə təhlükəsi yaranıb, vətəndaşlar təxliyə olunub - FOTO - YENİLƏNİB

Abşeronda ev yanıb
