Lənkəranda üzərində narkotik və silah olan şəxs saxlanılıb

Lənkəranda üzərində narkotik və silah olan şəxs saxlanılıb
# 09 oktyabr 2007 12:13 (UTC +04:00)
Lənkəran Polis Şöbəsinin əməkdaşlarının bu gün keçirdikləri əməliyyat tədbirləri nəticəsində üstündə silah və narkotik maddə olan şəhər sakini saxlanılıb. Lənkəran şəhər Polis Şöbəsinin rəisi İlham Hüseynovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, bu gün səhər 1959-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ayaz Sabir oğlu Fərəcovun narkotik maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olub. Məlumatla bağlı, A. Fərəcov saxlanılıb, onun “Opel” markalı maşınında Makarov tipli bir tapança, 8 ədəd güllə, xəncər, qandal, 1 büküm marixuana, qızıl-zinət əşyaları aşkarlanıb. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR