Xəzərə düşən vertolyotda olan 6 nəfərdən ikisinin meyiti və vertolyotun üst hissəsi çıxarılıb

Xəzərə düşən vertolyotda olan 6 nəfərdən ikisinin meyiti və vertolyotun üst hissəsi çıxarılıb
# 13 oktyabr 2007 10:17 (UTC +04:00)
Şirkətin Zabrat qəsəbəsində yerləşən bazasından qalxan vertolyot ARDNŞ-ə məxsus “Xəzər-4” dəniz buruq özülündən sanitar tapşırığın yerinə yetirilməsi üçün xəstənin evakuasiyasını həyata keçirmək məqsədilə havaya qaldırılıb. Vertolyotun ekipajı 4 nəfərdən ibarət olub: Vladimir Nekrasov, Viktor Qlinenko, Əhməd Əliyev və Cahid İbrahimov. Hadisə zamanı ARDNŞ-in işçiləri Qəhrəman Əsədov və Zahid Sostayev də vertolyotda olub.
AZAL uçuşqabağı vertolyotun texniki vəziyyəti saz olduğu, uçuşdan əvvəl istismar təlimatlna uyğun texniki xidmət göstərilməsi, nəzarət-yoxlama uçuşunu həmin heyətin yerinə yetirdiyini bildirib.
Artıq hadisənin araşdırılması üçün AZAL-da komissiya yaradılıb. Respublika Prokurorluğundan isə APA-ya bildirilib ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 262.3 maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirlərində prokurorluqla yanaşı Daxili işlər, Fövqəladə hallar, Milli Təhlükəsizlik nazirlikləri və Dövlət Sərhəd Xidmətinin də əməkdaşları iştirak edirlər.
Hadisə yerində axtarış-əməliyyat tədbirləri davam etdirilib. Vertolyotun dənizin 20 metr dərinliyinə düşdüyü müəyyənləşib. ARDNŞ-dən APA-ya bildirilib ki, hadisə zamanı həlak olan iki nəfərin cəsədi artıq dənizdən çıxarılıb. Amma onların şəxsiyyətinin müəyyənləşdirilməsi hələ mümkün olmayıb. Hazırda əraziyə ARDNŞ-in “Medik-1” gəmisi və Xəzər Dəniz Neft Donanmasına məxsus kranı cəlb olunub. ARDNŞ prezidenti Rövnəq Abdullayev hadisə yerindədir. ARDNŞ-dən onu da əlavə ediblər ki, artıq vertolyotun üst hissəsinin çıxarılmasına da nail olunub.
Axtarış tədbirləri davam etdirilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR