Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb
# 09 oktyabr 2020 15:21 (UTC +04:00)

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 8-də saat 7 radələrində rayonun Saray qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini E.İsbəndiyarov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən qəsəbə sakini Xəzəngül Tağıyevanı vurub. Xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR