Abşeronda ər və arvad bellə döyülüb

Abşeronda ər və arvad bellə döyülüb
# 18 sentyabr 2020 02:42 (UTC +04:00)

Abşeron rayonunda döyülmə hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

1967-ci il təvəllüdlü Tağıyev Əyyub Şakir oğlu və onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Tağıyeva Səadət Siracəddin qızı qonşuluqda yaşayan qadın ilə əlbəyaxa dava ediblər. Dava zamanı Ə.Tağıyev və S.Tağıyeva küt alətlə (bel) döyülüb. Yaralılar müxtəlif bədən xəsarətləri ilə 3 nömrəli şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR