Astarada evdən 7 min manatlıq oğurluq olub

Astarada evdən 7 min manatlıq oğurluq olub
# 17 dekabr 2020 15:16 (UTC +04:00)

Astarada mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və 6700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şahağacı kənd sakini E.Həsənov və Bakı şəhər sakini E.Verdizadə saxlanılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR