Azərbaycanın daha 4 rayonuna yeni prokuror təyin edilib

Azərbaycanın daha 4 rayonuna yeni prokuror təyin edilib
  • Clock-gray 15:54
  • calendar-gray 22 İyun 2020

Azərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Ramazan Hadıyev Beyləqan, Rauf Gözəlov Qazax, Nazim Babayev Qəbələ, Bəhruz İbrahimov isə Yardımlı rayonunun prokuroru vəzifələrinə təyin ediliblər. 

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdiriləcək.

Səlcuq Elçin

Digər xəbərlər