Bakı sakinindən hədə-qorxu ilə pul alan şəxs tutulub

Bakı sakinindən hədə-qorxu ilə pul alan şəxs tutulub
# 31 yanvar 2020 13:11 (UTC +04:00)

Bakı sakinindən hədə-qorxu ilə pul alan şəxs saxlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində, yanvarın 22-də Xətai rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Zeynalov paytaxt sakini Ə.Əhmədzadədən hədə-qorxu yolu ilə tələb etdiyi 7000 manat puldan 2000 manatını alarkən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR