Bakıda itkin düşən 3 nəfər tapılaraq ailəsinə verilib

Bakıda itkin düşən 3 nəfər tapılaraq ailəsinə verilib
  • Clock-gray 09:28
  • calendar-gray 17 Fevral 2020

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-da 28 cinayətin üstü açılıb. Onlardan 9-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir. 

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, müvafiq əməliyyat-axtarış tədbirləri ilə oğurluq üzrə 20, narkotiklərlə əlaqəli 2, soyğunçuluq üzrə 1 fakt müəyyən olunaraq, açılması təmin olunub.

İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılıb.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

 

Əcəmi Əsədulla

Digər xəbərlər

Arxiv

date