Bakıda mağazada gözətçini qətlə yetirib, 40 min manat oğurlayan şəxslər tutulub

Bakıda mağazada gözətçini qətlə yetirib, 40 min manat oğurlayan şəxslər tutulub
  • Clock-gray 09:17
  • calendar-gray 03 İyun 2020

Bakıda mağazada gözətçisini qətlə yetirib, oradan 40 min manat oğurlayan şəxslər tutulub.

APA-nın məlumatına görə,  iyunun 1-də səhər saat 06 radələrində 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun işlədiyi paytaxtın Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində yerləşən mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman mağazanın seyfindən 40 min manat məbləğində pul vəsaitinin oğurlandığı müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Dövlət Yol Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, 15-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdiyi birgə əməliyyat axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü Fuad Yusifli və Kürdəmir rayon sakini, 1992-ci il təvəllüdlü Sadiq Cəlalov tutulublar.

Onların qarət etdikləri 40 min manat, müşahidə kamerasının yaddaş bloku maddi sübut kimi götürülüb.

 

Səlcuq Elçin

Digər xəbərlər